Gürcüstan Konstitusiya Məhkəməsində “xarici agentlər haqqında” qanunun ləğvi üçün üç iddia qaldırılacaq

2024/07/714c7-1720719136.jpg
Oxunub: 541     21:07     11 İyul 2024    
Gürcüstan Konstitusiya Məhkəməsinə “xarici agentlər haqqında” qanunun fəaliyyətinin dayandırılması və ləğv edilməsi tələbi ilə üç iddia qaldırılacaq.

Ordu.az-ın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, onlardan biri Gürcüstan prezidenti Salome Zurabişvili tərəfindən hazırlanacaq və bazar ertəsi məhkəməyə göndəriləcək.

Məlumata görə, Zurabişvili hakimlər kollegiyasına hökumətin Konstitusiyanın “ölkənin Avropa və Avro-Atlantik strukturlara inteqrasiyası” ilə bağlı 78-ci maddəsini pozduğunu sübut etməyə çalışacaq.

Artıq 100-ə yaxın qeyri-hökumət təşkilatının oxşar birgə iddia hazırladığı bildirilir.

Bundan başqa, mətbuatda yayılan məlumatlara görə, müxalifət də konstitusiya iddiası hazırlayır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Xarici-agentlər  


Bizi "telegram"da izləyin