Bakı ilə İslamabad qardaşlaşmış şəhər olublar

2024/07/1720716142.jpg
Oxunub: 779     20:37     11 İyul 2024    
Azərbaycan və Pakistanın paytaxtları Bakı və İslamabad qardaşlaşmış şəhər olublar.

Ordu.az-ın məlumatına görə, bu barədə sənəd Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 11-də Pakistana dövlət səfəri çərçivəsində imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə İslamabad şəhəri (Pakistan İslam Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Anlaşma Memorandumu”nu İslamabad Paytaxt Korporasiyasının rəhbəri Muhammad Ali Randhava və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mübadilə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   İslamabad  


Bizi "telegram"da izləyin