NATO-nun dörd ölkəsi uzun mənzilli qanadlı raketlərin birgə hazırlanması barədə razılığa gəlib

2024/07/Ekran-1720713997.jpg
Oxunub: 559     19:44     11 İyul 2024    
Fransa, Almaniya, İtaliya və Polşa 500 kilometr mənzilə malik qurudan buraxılan qanadlı raketlərin birgə hazırlanması ilə bağlı niyyət məktubu imzalayıb.

Ordu.az “Reuters“ə istinadən xəbər verir ki, Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində çıxış edən Fransa müdafiə naziri Sebastien Lekornu raketlərin çəkindiricilik məqsədilə hazırlanacağını qeyd edib.

Lekornu birgə istehsala Britaniyanın yeni Leyborist hökumətinin də qoşula biləcəyini qeyd edib.

Onun sözlərinə görə, silahın ilkin layihəsi ilin sonuna qədər hazırlana bilər, raketin mənzili kimi digər xüsusiyyətlər isə daha sonra ətraflı şəkildə işlənib hazırlanacaq.

Məlumata görə, qanadlı raketin hazırlanmasında məqsəd eyni zamanda, Ukraynada müharibə nəticəsində ifşa olunmuş Avropanın arsenalındakı boşluğun doldurulmasıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Qanadlı-raket  


Bizi "telegram"da izləyin