İran rəsmisi: "ABŞ ilə danışıqlar irəliləyir"

2024/07/3e6aa-1720713886.jpg
Oxunub: 561     19:40     11 İyul 2024    
İran ABŞ ilə nüvə proqramına dair danışıqları bərpa etmək istəyir.

Ordu.az “Radiofarda”ya istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri səlahiyyətlərini müvəqqəti icra edən Əli Baqeri Kəni bildirib.

“ABŞ ilə danışıqlar irəliləyir və biz yeni hökumət üçün ciddi münasib zəmin yaratmağa çalışırıq”, - o vurğulayıb.

Qeyd edək ki, Birgə Əhatəli Fəaliyyət Planı kimi tanınan nüvə sazişi 2015-ci ilin iyulunda İran ilə “altılıq” kimi tanınan ölkələr qrupu (ABŞ, RF, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında imzalanıb. Həmin sənəddə İslam Respublikasına qarşı beynəlxalq sanksiyaların yumşaldılması qarşılığında İranın nüvə proqramına məhdudiyyətlər tətbiqi nəzərdə tutulurdu. 2018-ci ilin mayında keçmiş prezident Donlad Tramp ABŞ-nin nüvə sazişindən çıxdığını bəyan edib. Planın bərpası ilə bağlı danışıqlar 2021-ci ilin yazında Vyanada başlayıb. Ancaq uğur əldə edilməyib.

Məlumata görə, İran ABŞ ilə danışıqları bərpa etmək üçün Omanın vasitəçiliyidən istifadə edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin