USAID rəhbəri tənqid edilib: Ermənistan iqtisadiyyatının inkişafı anti-Rusiya sanksiyalarının pozulması ilə bağlıdır

2024/07/e9581-1720712006.jpg
Oxunub: 594     19:13     11 İyul 2024    
Ukraynaəsilli britaniyalı-kanadalı siyasi elmlər doktoru Taras Kuzio USAİD-in rəhbəri Samanta Paueri Ermənistanın iqtisadi inkişafı səbəblərini bilmədiyinə görə tənqid edib.

Ordu.az xəbər verir ki, USAİD-in rəhbəri Samanta Pauer “X” sosial şəbəkəsindəki hesabında Ermənistanı iqtisadi artımı münasibətilə təbrik edərək, 2018-ci ilin Məxməri İnqilabından sonra artımın 30% olduğunu qeyd edib.

T.Kuzio isə öz növbəsində “X” sosial şəbəkəsindəki hesabında USAİD-in rəhbərinə cavab verib və ona analitiklər qrupunu dəyişməyi məsləhət görüb.

T.Kuzio qeyd edib ki, Ermənistan iqtisadiyyatının inkişafı bu müddət ərzində ölkənin Qərb mallarının Rusiyaya təkrar ixracında liderə çevrilməsi ilə bağlıdır: “Buna görə sual yaranır ki, ABŞ rəsmisi niyə Ermənistanı Qərb sanksiyalarının pozulması münasibətilə təbrik edir?”



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: USAID   Ermənistan  


Bizi "telegram"da izləyin