4 mindən artıq Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb

2022/01/c84b9-1641546715.jpg
Oxunub: 686     17:32     11 İyul 2024    
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən indiyədək 4133 nəfər Vətən müharibəsi iştirakçısına əlillik təyin edilib.

Bu barədə Ordu.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.

Bildirilib ki, əlillik təyinatı aparılmış şəxslərin hər birinə proaktiv qaydada sosial ödənişlər təyin olunaraq ödənilib.

Əlilliyin qiymətləndirilməsi sahəsində obyektivliyin və şəffaflığın, ədalətli yanaşmanın təmin olunması daim diqqətdə saxlanılır.

Agentlik bu kateqoriyadan olan şəxslərin operativ şəkildə əyani müayinə olunmaları üçün ən müasir diaqnostik, instrumental, laborator avadanlıqlarla təchiz edilib.

Qiymətləndirmə prosesində şəffaflığın təmin olunması üçün əyani müayinələrin foto və videoçəkilişləri də aparılır.

Xatırladaq ki, hərbi səbəblə əlaqədar əlilliyin təyin edilməsi üçün vətəndaşa Hərbi Həkim Komissiyası tərəfindən şəhadətmanə təqdim edildikdən və qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən elektron göndəriş (Forma 88) rəsmiləşdirildikdən sonra Agentlikdə müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət komissiya tərəfindən əyani müayinə həyata keçirilir.

Yekunda Komissiya tərəfindən əlilliyin qiymətləndirilməsi ilə bağlı qərar verilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vətən-müharibəsi-iştirakçısı   Əlillik  


Bizi "telegram"da izləyin