Sahibə Qafarova BRICS ölkələrinin Parlament Forumunun plenar sessiyasında Bakıda keçiriləcək COP29 haqqında məlumat verib

2024/03/915b6-1709564837.jpg
Oxunub: 450     16:25     11 İyul 2024    
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 11-də BRICS ölkələrinin X Parlament Forumunun plenar sessiyasında çıxışı zamanı bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 haqqında məlumat verib.

Parlamentdən Ordu.az-a verilən məlumata görə, spiker deyib ki, ölkəmizin bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli səviyyədə deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının göstəricisidir.

Milli Məclisin sədri bildirib ki, iqlimlə bağlı fəaliyyətin inkişafı və məqsədlərimizə çatmaq üçün bütün tərəflərin iştirakı vacibdir. Yalnız konstruktiv əməkdaşlıq, geniş öhdəliklər və birgə fəaliyyət yolu ilə biz hamı üçün davamlı və firavan gələcəyə dair ümumi baxışımızı həyata keçirə bilərik. Spiker Sahibə Qafarova xüsusilə qeyd edib ki, Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsi həm də onun icmaları və ölkələri ümumi məqsəd ətrafında birləşdirmək potensialına inamdır. Ölkəmiz iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin səfərbər olunması istiqamətində səylərini əsirgəməyəcək.

Parlamentləri iqlim böhranının həlli yollarının tapılmasında fəal olmağa səsləyən Milli Məclisin sədri, iştirakçıları Azərbaycan Respublikasının Milli Məclisinin Parlamentlərarası İttifaqla birlikdə COP29 çərçivəsində keçiriləcək Parlament iclası barədə məlumatlandırıb. O vurğulayıb ki, bu görüş parlamentarilər üçün fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə həll yollarının tapılması üçün əlverişli fürsət olacaq, həmçinin bu sahədə çoxtərəfli fəaliyyətin həyata keçirilməsinə parlament töhfəsini verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sahibə-Qafarova   BRICS   COP29  


Bizi "telegram"da izləyin