Türkiyənin NATO üzrə müttəfiqlərindən gözləntiləri açıqlanıb

2024/06/1718175108.jpg
Oxunub: 514     16:28     11 İyul 2024    
Türkiyənin NATO üzvü olan müttəfiq ölkələrdən gözləntiləri açıqlanıb.

Ordu.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin paytaxtı Vaşinqtonda jurnalistlərlə söhbətində danışıb.

O bildirib ki, Ankaranın əsas gözləntisi NATO-dakı müttəfiqlərin Türkiyənin terrorla mübarizəsinə dəstək vermələridir: “Regionda terror dövləti qura biləcəklərini düşünənlər üçün bu, sadəcə, heç vaxt gerçəkləşməyəcək bir xəyaldır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə   NATO  


Bizi "telegram"da izləyin