Bolqarıstan, Rumıniya və Yunanıstan hərbi səfərbərlik koridoruna dair niyyət məktubu imzalayıb

2024/07/2024--1720701460.jpg
Oxunub: 517     16:10     11 İyul 2024    
Bolqarıstan, Rumıniya və Yunanıstan uyğunlaşdırılmış hərbi səfərbərlik koridoruna dair niyyət məktubu imzalayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Yunanıstanın müdafiə naziri Nikos Dendias “X” platformasındakı paylaşımında qeyd edib.

Sənəd Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində, iyulun 10-da imzalanıb.

Dendias qeyd edib ki, onun təklifi əsasında hər üç nazir payızda Aleksandrupolisdə görüşərək planlaşdırılan fəaliyyətlərin həyata keçirilməsinə dair müzakirə aparacaqlar.

İyulun 11-də Bolqarıstan Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş məlumatda koridorun NATO-nun çəkindiricilik və müdafiə potensialını artıracağı, ölkələr arasında hərbi səfərbərlik sahəsində əməkdaşlığı gücləndirəcəyi, həmçinin NATO və Aİ arasında əməkdaşlığı dərinləşdirəcəyi qeyd olunub. Bildirilib ki, niyyət məktubu Pan-Avropa Nəqliyyat Koridoru çərçivəsində İtaliya, Albaniya, Şimali Makedoniya və Bolqarıstan arasında, həmçinin Yunanıstan, Bolqarıstan və Rumıniya arasında hərbi səfərbərlik üçün uyğunlaşdırılmış dəhlizin tikilməsini nəzərdə tutur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolqarıstan   Rumıniya   Yunanıstan  


Bizi "telegram"da izləyin