Azərbaycan BRİCS-ə üzv olmaq arzusunu açıqlayıb

2024/03/1710575671.jpg
Oxunub: 747     15:41     11 İyul 2024    
Azərbaycan BRİCS-in tamhüquqlu üzvü olmaq istəyir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova BRİCS ölkələrinin X Parlament Forumunun plenar iclasında çıxışı zamanı deyib.

“Azərbaycan xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir. Bu, ikitərəfli münasibətlərə və beynəlxalq platformalar çərçivəsində fəaliyyətə aiddir. Xüsusilə, bu, BRİCS ilə əməkdaşlığa aiddir. Azərbaycan artıq BRİCS-ə qoşulmaq arzusunu ifadə edib”, - S.Qafarova bildirib.

Onun sözlərinə görə, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı bu məqsədə nail olmağa kömək edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BRİCS   Azərbaycan  


Bizi "telegram"da izləyin