Washington Post: Həmas və İsrail atəşkəs, girovlar və Qəzzanın qaytarılması ilə bağlı çərçivəni razılaşdırıb

2024/07/668fc-1720699194.jpg
Oxunub: 548     15:27     11 İyul 2024    
İsrail və Həmas girovların azadlığa buraxılması və atəşkəslə bağlı çərçivə üzərində razılaşıblar.

Ordu.az xəbər verir ki, bu barədə “Washington Post“ məlumat yayıb.

Bildirilib ki, tərəflər hazırda bu çərçivənin necə tətbiq ediləcəyinin detallarını müzakirə edirlər.

Nəşrin məlumatına görə, əsas addım hər iki tərəfin razılaşmanın ikinci mərhələsində Qəzzada Fələstin Muxtariyyətinin dəstəklədiyi qüvvə tərəfindən müvəqqəti hökumətin qurulmasının qəbul edilməsinə razılaşmaq olub.

Qeyd olunub ki, razılaşmaya əsasən, Həmas girov götürdüyü kişi hərbçiləri sərbəst buraxacaq, hər iki tərəf İsrail qüvvələrinin Qəzzadan çəkilməsi ilə toqquşmalara daimi son verməyə razılaşacaq.

Razılaşmaya əsasən, müvəqqəti hökumətin qurulması nəticəsində Qəzzada nə Həmas, nə də İsrail idarəçiliyi olacaq.

Qeyd olunub ki, Qəzzanın təhlükəsizliyini ABŞ-nin təlim keçdiyi və mülayim ərəb ölkələri tərəfindən dəstəklənən qüvvələr təmin edəcək. 2500 nəfərlik bu qüvvələr isə İsrail tərəfindən yoxlanılmış Fələstin Muxtariyyətinin tərəfdarlarından ibarət olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Həmas  


Bizi "telegram"da izləyin