Rusiya Ukrayna ilə bağlı sülh sammitinə qatılacaq?

2023/10/1696833968.jpg
Oxunub: 508     15:05     11 İyul 2024    
Rusiya qarşıdan gələn Ukrayna sammitində iştirak etməyi planlaşdırmır.

Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O, sammitin keçiriləcəyi yerin hələ müəyyən edilmədiyini, lakin coğrafiyanın əsas rol oynamadığını vurğulayıb və bildirib ki, bu məsələdə hamıya aydın olan məzmun daha vacibdir.

"Rusiya bu cür ultimatumları qəbul etmir və bu cür sammitlərdə iştirak etməyi planlaşdırmır", - deyə Rusiya XİN rəhbərinin müavini sözlərini yekunlaşdırıb.

Daha əvvəl bildirilmişdi ki, Ukrayna bu ilin noyabrına qədər ikinci sülh sammiti keçirmək və oraya Rusiyanı da dəvət etmək niyyətindədir.

Xatırladaq ki, birinci sülh konfransı 15-16 iyun tarixlərində İsveçrədə Rusiyanın iştirakı olmadan keçirilib. Orada 90-dan çox dövlət və səkkiz beynəlxalq təşkilat təmsil olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaluzin   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin