KİV: Rusiyanın hərbi gəmisi Abxaziya limanında müşahidə edilib

2024/07/2024--1720695524.jpg
Oxunub: 424     14:44     11 İyul 2024    
Rusiya hərbi dəniz donanmasının gəmisi Gürcüstanın işğal altındakı Abxaziya regionunda yerləşən Oçamçir limanında müşahidə edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Naval News” məlumat yayıb.

Bildirilib ki, iyunun 28-də Novorossiysk limanında olan gəmi 4-5 iyulda 370 kilometr məsafədəki Oçamçir limanında qeydə alınıb.

Qeyd edilib ki, Oçamçir limanı Qara dənizdəki Rusiya gəmilərinin Ukraynanın dəniz dronlarından qorunması üçün təhlükəsiz sığınacaq təmin edir.

Saytın məlumatına görə, liman artıq Rusiya Federal Təhlükəsizlik Xidmətinə məxsus bir neçə kiçik patrul qayığına ev sahibliyi edir. Lakin bu, Rusiyanın Gürcüstanın Abxaziya regionundakı Oçamçir limanından hərbi məqsədlər üçün istifadə edəcəyinə dair iddiaların yayılmasından sonra ilk nəzərəçarpan hərbi gəmi ziyarətidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Abxaziya  


Bizi "telegram"da izləyin