Pakistanda qarşıdurma - Dörd təhlükəsizlik işçisi həlak olub

2023/07/1690520024.jpg
Oxunub: 395     14:01     11 İyul 2024    
Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində baş verən qarşıdurmada dörd təhlükəsizlik əməkdaşı həlak olub və üç terrorçu zərərsizləşdirilib.

Ordu.az xəbər verir ki, bununla bağlı Pakistan ordusunun informasiya vasitəsi olan “Inter Service Public Relations” (ISPR) məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik qüvvələri əyalətin Peşəvər rayonunun Həsən Xel bölgəsində silahlının olması ilə bağlı kəşfiyyat xarakterli əməliyyat keçirib.

Zərərsizləşdirilən terrorçularda silah və sursat aşkarlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Qarşıdurma  


Bizi "telegram"da izləyin