Gürcüstan müdafiə naziri ABŞ və Aİ-nin tezliklə öz qərarını dəyişəcəyinə ümid edir

2024/07/2024--1720693433.jpg
Oxunub: 388     14:05     11 İyul 2024    
Gürcüstanın müdafiə naziri İrakli Çikovani ABŞ və Aİ-nin Gürcüstana hərbi yardımın ayrılmasını dayandırılmasına münasibət bildirib.

Ordu.az xəbər verir ki, müdafiə naziri bu qərarın Gürcüstan üçün anlaşılmaz olduğunu və təəssüf doğurduğunu qeyd edib.

O, hər iki tərəfin tezliklə öz qərarını dəyişəcəyinə ümid etdiyini vurğulayıb.

Müdafiə naziri əlavə edib ki, ABŞ Gürcüstanla illik hərbi təlimləri dayandırsa da, iki ölkə arasında bir sıra digər formatlarda əməkdaşlıq davam edir.

İrakli Çikovani Aİ-nin Sülh Fondundan Gürcüstan üçün ayrılmış vəsaiti dondurmaq qərarına bir daha baxacağına ümidvar olduğunu qeyd edib.

Qeyd edək ki, ABŞ Gürcüstanla keçirdiyi “Noble Partner 2024” hərbi təlimlərini qeyri-müəyyən müddətə dayandırıb. Aİ isə Gürcüstan Müdafiə Qüvvələrinə ayrılması nəzərdə tutulan 30 milyon avronu dondurub. Buna səbəb Gürcüstan parlamentinin hakim partiyanın irəli sürdüyü “xarici agentlər” qanununu qəbul etməsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   ABŞ    


Bizi "telegram"da izləyin