Kreml: NATO qarşıdurmanı saxlamaq məqsədilə yaradılıb

2023/03/Kreml-1679050889.jpg
Oxunub: 403     13:58     11 İyul 2024    
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) məqsədi Rusiyanı sıxışdırmaqdır və bu, Rusiyanın milli təhlükəsizliyinə çox ciddi təhdiddir.

Ordu.az-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, NATO-nun hərbi infrastrukturu Rusiya sərhədlərinə doğru irəliləyir: “Şimali Atlantika Alyansı mahiyyətini bir daha təsdiqləyib. Bu, qarşıdurmanı saxlamaq məqsədilə yaradılmış ittifaqdır”.

O əlavə edib ki, NATO faktiki olaraq Ukraynadakı münaqişədə tam iştirak edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   NATO  


Bizi "telegram"da izləyin