Yaşar Gülər Almaniyanın “Eurofighter”lə bağlı məhdudiyyətlərini etimadsızlıq yaradan əsas məsələ kimi qiymətləndirib

2024/07/2024--1720688267.jpg
Oxunub: 413     14:09     11 İyul 2024    
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyənin 1952-ci ildə qoşulduğu ittifaqın qalan hissəsi ilə eyni xətdə olmadığı iddialarına qarşı çıxıb.

Ordu.az xəbər verir ki, NATO bu həftə Vaşinqtonda birlik nümayişinə hazırlaşarkən, Türkiyə NATO-ya üzv olmaq, Rusiya ilə münasibətləri istiləşdirmək və Ukraynaya bir növ müttəfiq olmaq kimi ehtiyatlı balanslaşdırma oyunundan əl çəkmək niyyətində deyil.

“Politico”nun suallarını yazılı şəkildə cavablandıran Gülər qeyd edib: “Türkiyənin etibarsız olduğu bəyanatını qəti şəkildə rədd edirik, belə bir şey yoxdur. 32 müttəfiqin bir yerdə olduğu bir mühitdə hər mövzuda eyni fikirlərin olması ağlasığmazdır. Bəzi ölkələr belə bir təsəvvür yaratmağa çalışırlar”.

Türkiyənin milli müdafiə naziri Almaniyanın Ankaranın almaq istədiyi “Eurofighter” təyyarələri ilə bağlı ixrac məhdudiyyətlərinə işarə edərək, bunları alyans daxilində etimadsızlıq yaradan əsas məsələ kimi qiymətləndirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaşar-Gülər   Almaniya   Eurofighter  


Bizi "telegram"da izləyin