İndoneziya ordusu “Khan” ballistik raketinin buraxılışını izləyib

2024/07/2024--1720688200.jpg
Oxunub: 529     14:12     11 İyul 2024    
İndoneziya Ordusu ROKETSAN-ın istehsal etdiyi “Khan” (Bora) ballistik raketinin döyüş atışını izləyib.

Ordu.az xəbər verir ki, Türkiyə-İndoneziya müdafiə əməkdaşlığı “Hisar” Hava Hücumundan Müdafiə (HHM) sistemləri və “Atmaca” raketləri ilə güclənir.

Bu inkişaf iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın artmasının göstəricisi kimi qiymətləndirilir.

Cakarta administrasiyası 2022-ci ildə “Khan” raketi üçün müqavilə imzalayıb.

80 ilə 280 kilometr mənzilə malik olan bu raket sistemi 470 kiloqramlıq döyüş başlığı daşıma gücünə malikdir.

İndoneziya ROKETSAN ilə təkcə ballistik raket sistemləri üçün deyil, həm də HHM sistemləri üçün müqavilə bağlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   ROKETSAN   Khan  


Bizi "telegram"da izləyin