Türkiyə müdafiə sənayesinin 2024-cü il üçün ixrac hədəfi açıqlanıb

2024/07/2024--1720688089.jpg
Oxunub: 595     17:03     11 İyul 2024    
Türkiyə müdafiə sənayesi üçün 2024-cü il üçün iddialı ixrac hədəfi qoyulub.

Ordu.az xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz sektorun ötən il 5,5 milyard dollarlıq ixracat əldə etdiyini açıqlayıb.

Yılmaz bu il üçün gözləntilərinin 7 milyard dollara çatması olduğunu vurğulayıb.

Müdafiə sənayesindəki inkişafları qiymətləndirən Türkiyənin vitse-prezidenti son illərdə sektorun əldə etdiyi irəliləyişlərə diqqət çəkib.

O qeyd edib ki, 2002-ci ildə müdafiə sənayesi üzrə cəmi 62 layihə olub və ümumi layihə portfeli 5,5 milyard dollar təşkil edib.

Yılmaz bildirib ki, bu gün sektor minlərlə layihəyə ev sahibliyi edir.

Türkiyənin vitse-prezidenti hazırda həyata keçirilən layihələrin ümumi dəyərinin 96 milyard dolları keçdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-Sənayesi  


Bizi "telegram"da izləyin