NATO müttəfiqləri “Stinger” FIM-92K raketləri üçün müqavilə imzalayıblar

2024/07/2024--1720688030.jpg
Oxunub: 513     15:52     11 İyul 2024    
NATO-nun Dəstək və Təchizat Agentliyi (NSPA) iyulun 9-da Vaşinqtonda keçirilən NATO sammitindən əvvəl Almaniya, İtaliya və Niderland adından RTX şirkətindən 940 ədəd FIM-92K “Stinger Block I” raketinin tədarükü üçün 780 milyon dollar dəyərində müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, razılaşma ABŞ Dövlət Departamentinin 2023-cü ilin dekabrında Xarici Hərbi Satışları (FMS) təsdiq etməsindən sonra həyata keçirilir.

Müqavilə 1990-cı ildə qurulan “Stinger” Dəstək Tərəfdaşlığı çərçivəsində icra ediləcək.

NSPA vasitəsilə birləşdirilən çoxillik, çoxmillətli müqavilə alyansa üzv ölkələr üçün əhəmiyyətli qənaət təmin edir və müdafiə sənayesi ilə qarşılıqlı əlaqəni artırmaq üçün Müdafiə İstehsalı üzrə Fəaliyyət Planını dəstəkləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Stinger  


Bizi "telegram"da izləyin