ABŞ HDQ RIMPAC 24 Sakit okean təlimini dəstəkləyəcək

2024/07/RIMPA-1720687170.jpg
Oxunub: 673     00:06     12 İyul 2024    
ABŞ Dəniz Nəqliyyatı Komandanlığı (MSC) iyul ayı ərzində Havay adalarında keçiriləcək və iki ildən bir həyata keçirilən “Rim of the Pacific (RIMPAC) 2024” Sakin okean təlimini dəstəkləyəcək.

Ordu.az xəbər verir ki, MSC təchizat gəmisi USNS “Pecos” (T-AO 197) və sursat daşıyan gəmi USNS “Washington Chambers” (T-AKE 11) təlimə qtılan gəmilərə aviasiya yanacağı, dizel yanacağı, quru və dondurulmuş qida materialları da daxil olmaqla, müxtəlif logistika xidmətləri təmin edəcək.

MSC tərəfindən icarəyə götürülmüş MT “Overseas Mykonos” və MT “Allied Pacific” tanker gəmiləri dənizdə təchizat tədbirləri zamanı MSC logistika gəmilərini yanacaqla təmin edəcək.

MSC axtarış-xilasetmə gəmisi USNS “Grasp” (T-ARS 51) batırma təlimlərinə hazırlıq üçün istismardan çıxarılan iki donanma gəmisini təyin olunmuş hədəf əraziyə aparacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   RIMPAC24  


Bizi "telegram"da izləyin