ASELSAN təxminən 20 milyon dollar dəyərində xarici satış müqaviləsi imzalayıb

2024/07/2024--1720686471.jpg
Oxunub: 619     17:55     11 İyul 2024    
ASELSAN beynəlxalq müştərinin son istifadəsi üçün Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin ixracı ilə bağlı 20 milyon 265 min 600 dollar dəyərində xarici satış müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, şirkətin yeni əmək müqaviləsi ilə bağlı açıqlaması Türkiyə İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) dərc edilib.

“ASELSAN beynəlxalq müştərinin son istifadəsi üçün HHM sistemlərinin ixracı üçün 20 milyon 265 min 600 ABŞ dolları dəyərində xarici satış müqaviləsi imzalayıb”, - deyə açıqlamada vurğulanıb.

ASELSAN-ın 2024-cü ilin ilk üç aylıq dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 15,1 milyard lirəyə çatarkən, balans sifarişləri 11,1 milyard ABŞ dolları təşkil edib.

Şirkətin kosmos, hava və raketdən müdafiə sistemlərinə “Atılgan”, “Bora”, “Defeat”, “Göker”, “Göker D”, “Gökdeniz”, “Hakim”, “Hisar”, “Hisar A+”, “Hisar O+”, “Igla”, NSPA, “Siper”, “Zıpkın” məhsulları daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin