Filippin hüquq-mühafizə orqanları “Girsan” tapançalarına üstünlük verib

2024/07/2024--1720686343.jpg
Oxunub: 560     17:24     11 İyul 2024    
Türkiyədə yerləşən odlu silah istehsalçısı “Girsan” Filippin Həbsxana İdarəetmə və Penologiya Bürosunun (BJMP) silah tenderində qalib gələrək, tapançaları təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətdən verilən açıqlamada bildirilib.

Açıqlamaya görə, BJMP açıq beynəlxalq tender vasitəsilə silah alacağını elan etdikdən sonra dünyanın hər yerindən böyük silah istehsalçılarının diqqətini çəkib.

“Girsan” tenderdə iştirak edib və 20 min atış dözümlülük sınağı da daxil olmaqla, çətin sınaq prosedurlarından keçərək, tenderdə qalib gəlib.

Şirkətin 1000-dən çox tapançası BJMP-yə təhvil verilib. Beləliklə, “Girsan” beynəlxalq hüquq-mühafizə bazarında mövcudluğunu davam etdirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Girsan   Filippin  


Bizi "telegram"da izləyin