FNSS Türkiyənin 500 ən böyük şirkəti siyahısındadır

2024/07/2024--1720686274.jpg
Oxunub: 540     17:12     11 İyul 2024    
Türkiyənin öndə gələn 500 şirkətinin əsas maliyyə göstəricilərinə görə müəyyən edilərək sıralandığı “Fortune 500” araşdırmasının 2023-cü il nəticələrinə görə, FNSS ardıcıl 12-ci dəfə siyahıda yer alıb.

Ordu.az xəbər verir ki, “Fortune Türkiye” və “CRIF Türkiye” tərəfindən hər il həyata keçirilən araşdırmada siyahı müəyyən edilərkən, şirkətlərin xalis satışları, faiz-vergi öncəsi mənfəəti, cəmi aktivləri, öz kapitalı, gəlirliliyi və ixracı kimi kriteriyalar qiymətləndirilir.

“Fortune 500 2023” araşdırmasına görə, FNSS xalis satış gəlirlərini əvvəlki ilə görə 348,2 faiz artıraraq, ümumi siyahıda 239-cu yerdə qərarlaşıb.

Şirkət ixrac həcmini əvvəlki ilə nisbətən 65,2 faiz artıraraq, 244-cü yerə yüksəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FNSS   Türkiyə  


Bizi "telegram"da izləyin