Türkiyədə TRUBA Məlumat Mərkəzinin açılışı və ARF Super Kompüterinin təqdimat mərasimi keçirilib

2024/07/2024--1720686191.jpg
Oxunub: 614     16:51     11 İyul 2024    
Türkiyədə, ODTÜ-TAF MOODSİMMER-də TRUBA Məlumat Mərkəzinin açılışı və ARF Super Kompüterinin təqdimat mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, mərasimdə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, TÜBİTAK rəhbəri Hasan Mandal, “Lenovo” İnfrastruktur Həllər Qrupunun Avropa, Orta Şərq və Afrika bölgəsi üzrə rəhbəri Giovanni Di Filippo, sektor nümayəndələri, ictimaiyyət nümayəndələri və mətbuat mənsubları iştirak ediblər.

TRUBA Məlumat Mərkəzinin yaradılması üzrə iş 2018-ci ildə başlayıb.

2019-cu ildə Türkiyə Prezident Aparatının Strategiya və Büdcə Müdirliyi layihəni dəstəkləməyə başlayıb, layihənin tərtibatı və tender proseslərinə start verilib. Nəhayət, bir çox texnoloji ilkləri özündə əks etdirən mərkəz 2024-cü il iyunun 25-də açılıb.

Birbaşa maye soyutma və arxa qapaq soyutma texnologiyasına malik məlumat mərkəzində yeni sistem 504 server və 56 min nüvədən ibarətdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TRUBA  


Bizi "telegram"da izləyin