Türkiyə Ordusunun İraqın şimalında artan hərbi əməliyyatları nəticəsində PKK FPV tipli PUA-ların tədarükü və istifadəsini artırıb

2024/07/Maket-1720686081.jpg
Oxunub: 602     16:34     11 İyul 2024    
2020-ci ildə PKK terror təşkilatının Türkiyə Ordusunun İraqın şimalındakı baza bölgəsinə bomba yüklü maket təyyarə ilə hücum cəhdinin qarşısı Türkiyə Ordusunun hərbi qulluqçusunun sürətli müdaxiləsi ilə alınıb.

Ordu.az xəbər verir ki, Türkiyə Ordusunun İraqın şimalında artan hərbi əməliyyatları nəticəsində PKK FPV tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) tədarükü və istifadəsini artırıb.

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalının dərinliklərində həyata keçirdiyi əməliyyatlar nəticəsində PKK terror təşkilatı kamikadze FPV tipli PUA-lardan daha aktiv istifadə etməyi hədəfləyir.

Təkcə iyul ayında çox sayda terrorçu zərərsizləşdirilib, axtarış və yoxlama əməliyyatları zamanı xeyli sayda silah, sursat və təchizat ələ keçirilib.

Son olaraq İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində həyata keçirilən hava əməliyyatında 37 terrorçu hədəfi məhv edilib.

Bu hədəflər arasında terror təşkilatlarının istifadə etdiyi mağaralar, bunkerlər, sığınacaqlar, anbarlar və obyektlər olub. Hava əməliyyatı nəticəsində çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İraq   PKK  


Bizi "telegram"da izləyin