Niderland “Patriot” HHM sistemini Litvada yerləşdirib

2024/07/MIM-1-1720686008.jpg
Oxunub: 543     16:13     11 İyul 2024    
Niderland Litvada “Patriot” Hava Hücumundan Müdafiə (HHM) sistemi yerləşdirib.

Ordu.az xəbər verir ki, Niderland sözügedən sistemi “Baltic Connection 24” (BALTCON24) hərbi təlimi çərçivəsində Litvada yerləşdirib.

Yerləşdirmə Rusiyanın Kalininqradan təhdidlərinə qarşı regional təhlükəsizliyin və əməliyyat hazırlığının gücləndirilməsi məqsədini daşıyır.

“Patriot” HHM sistemi iyulun 6-da “Klaipeda” limanına, oradan isə “Šiauliai” aviabazasına gətirilib.

Niderland Silahlı Qüvvələri iyulun 7-dən 19-dək bu aviabazada bir sıra HHM missiyaları həyata keçirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Patriot  


Bizi "telegram"da izləyin