İsveç Ukrayna Silahlı Qüvvələrinə 3 taktiki qayıq təhvil verib

2024/07/2024--1720685850.jpg
Oxunub: 614     15:37     11 İyul 2024    
İsveç Rusiyaya qarşı müdafiəni dəstəkləmək üçün Ukrayna Silahlı Qüvvələrinə 3 taktiki qayıq təhvil verib.

Ordu.az xəbər verir ki, İsveç Müdafiə Nazirliyindən verilən açıqlamada qayıqların İsveçdə yerləşən müdafiə sənayesi istehsalçısı “Saab”ın törəmə şirkəti olan “Dockstavarvet” tərəfindən İsveç Hərbi Dəniz Qüvvələri (HDQ) üçün hazırlanmış CB90 sürətli hücum katerləri olduğu bildirilib.

Məlumata görə, 15,9 metr uzunluğa və 3,8 metr enə sahib olan CB90 qayıqları maksimum saatda 74 kilometr sürətə və 440 kilometr mənzilə sahibdir, habelə 625 at gücündə 2 ədəd dizel mühərriki ilə təchiz edilib.

Gəmi üç nəfərlik heyət tərəfindən idarə olunur və 20-dən çox amfibiya heyətini daşıya bilir.

CB90 tərəfindən istifadə edilən ümumi avadanlıqlara “Browning” pulemyotları, dəniz minaları, qumbaraatanlar, uzaqdan idarə olunan silah stansiyaları və dərinlik bombaları daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Ukrayna  


Bizi "telegram"da izləyin