Mərkəzi Asiya ölkələri ilk dəfə olaraq Rusiya və Çinin iştirakı olmadan quru, dəniz və hava qüvvələri ilə birgə hərbi təlimlərə başlayıb

2024/07/rara--1720685762.jpg
Oxunub: 570     15:03     11 İyul 2024    
Mərkəzi Asiya ölkələri ilk dəfə olaraq regional güclər Rusiya və Çinin iştirakı olmadan quru, dəniz və hava qüvvələri ilə birgə hərbi təlimlərə başlayıb.

Ordu.az-ın xəbərinə görə, Qazaxıstan Silahlı Qüvvələrinin sözçüsü AFP-yə bildirib ki, növünün ilk nümunəsi olan təlim üçün Qazaxıstan başqa ölkələrə ev sahibliyi edir.

Təlimə “Birləşdik – 2024” adı verilib.

İyulun 17-dək Xəzər dənizində davam edəcək təlimdə hərbi gəmilər, hava qüvvələri, artilleriya bölmələri və tanklar da daxil olmaqla, 4 minə yaxın hərbi qulluqçu iştirak edir.

Təlimdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan olmaqla, 4 Mərkəzi Asiya respublikası, eləcə də Azərbaycan iştirak edir, Türkmənistan isə iştirak etmir.

Maraqlıdır ki, son dövrlərdə Mərkəzi Asiya ölkələri əməkdaşlığını artırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mərkəzi-Asiya   Rusiya   Çin  


Bizi "telegram"da izləyin