ABŞ ordusu yeni M10 döyüş vasitəsinin əməliyyat sınaqlarına başlayıb

2024/07/2024--1720685638.jpg
Oxunub: 454     14:44     11 İyul 2024    
ABŞ ordusu M10 “Booker” tırtıllı döyüş vasitəsinin ilk əməliyyat sınaqlarına və qiymətləndirməsinə başladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, döyüş vasitələri yeni texnika hazırlığı, artilleriya təlimləri, hərbi qulluqçular üçün kütləvi təlim tədbirləri və qüvvəyə qarşı qüvvə təlimləri kimi bir sıra tədbirlər zamanı sınaqdan keçirilməyə başlayıb.

Məlumata görə, M10 “Booker”in ilk partiyasının bu ilin sonuna qədər təhvil verilməsi planlaşdırılır.

Mexanikləşdirilmiş briqadaları dəstəkləmək üçün nəzərdə tutulan M10 “Booker” M1 “Abrams” tankının daha kiçik versiyasına bənzəyir, lakin 105 mm-lik top və daha yüngül zirehlə təchiz edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   M10  


Bizi "telegram"da izləyin