ABŞ Yaponiyadakı hərbi bazalarını gücləndirmək üçün 10 milyard dollar sərmayə qoyur

2024/07/yatra-1720683760.jpg
Oxunub: 543     18:34     11 İyul 2024    
Yaponiya Okinavada ABŞ birliklərinə ev sahibliyi edəcək yeni hərbi obyekt üçün möhkəmləndirmə işlərinə başlandığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiya müdafiə mənbələrinin yerli NHK mediasına verdiyi açıqlamada bildirilib.

Açıqlamada ABŞ qoşunlarının ölkədə yerləşdirilməsi istiqamətində səylərin artırılması məqsədilə hərbi obyektlərin genişləndiriləcəyi və yeni tikinti sahələrinin salınacağı qeyd olunub.

Avqustun 1-dən genişləndirmə və möhkəmləndirmə işlərinə başlanacağı gözlənilir.

ABŞ ordusu bu yaxınlarda bölgədəki F-15EX döyüş təyyarələrini F-35-lərlə əvəz edərək, Yaponiyadakı mövcudluğunu artırmağı planlaşdırdığını açıqlayıb.

Okinavada yerləşən “Kadena” aviaazasındakı ABŞ qoşunları 48 ədəd F-15C/D-ni əvəz etmək üçün “Boeing” tərəfindən istehsal olunan 36 ədəd F-15EX “Eagle II” təyyarəsini təhvil alacaq.

Ümumilikdə 48 ədəd F-35A “Lightning II” təyyarəsi Yaponiyanın şimalındakı “Misawa” aviabazasında yerləşdirilib və 36 ədəd F-16 “Fighting Falcon” üçün əlavə olaraq bölgəyə göndəriləcək.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Birləşmiş Ştatlar Yaponiyadakı taktiki imkanlarını modernləşdirmək üçün 10 milyard dollardan çox sərmayə qoyacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaponiya  


Bizi "telegram"da izləyin