Erməni hərbi ekspert: “Ermənistan MTX-də işə qəbul etmək təklifi Qarabağdan Ermənistana köç etmiş insanları susdurmaq üçündür”

2024/07/2024--1720683649.jpg
Oxunub: 653     19:09     11 İyul 2024    
“Bir neçə gün öncə dostlarımdan öyrənmişəm ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) “Qarabağ milli təhlükəsizlik xidməti”nin (ləğv edilmiş qondarma qurum-red.) “keçmiş əməkdaşları”nı işə qəbul etməyə hazırlaşır”.

Ordu.az xəbər verir ki, bunu erməni müharibə iştirakçısı, hərbi ekspert Martin Yesayan deyib.

Yesayanın sözlərinə görə, onun bir çox dostlarına artıq Ermənistan MTX-də iş təklif olunub, onlar imtina ediblər.

“Mən də Ermənistan MTX-də işləmək istəməzdim, üstəlik, onların birdən Qarabağdan olan insanları işə götürməyə qərar vermələri məni çox təəccübləndirdi”, - deyə o qeyd edib.

Yesayan bildirib ki, Ermənistan MTX-də işə qəbul etmək təklifi Qarabağdan Ermənistana köç etmiş insanları susdurmaq üçündür.

“Ermənistan MTX-də işə qəbul etmək təklifi Qarabağdan Ermənistana köç etmiş insanları susdurmaq üçündür, nə qədər az etiraz etsələr və Qarabağı təhvil verəni az göstərsələr, bir o qədər yaxşıdır”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin