Erməni ekspert: “Moskva Ermənistanın KTMT-dən çıxması məsələsini qaldırmır, qaldırsa, bütün ölkələr lehinə səs verəcək”

2024/07/1720683537.jpg
Oxunub: 556     17:36     11 İyul 2024    
İyulun 8-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Ermənistana səfər edib.

Ordu.az xəbər verir ki, Ermənistanın “Verelk” informasiya-analitik mərkəzinin siyasi şərhçisi Hayk Xalatyan ABŞ-nin Ermənistandakı fəaliyyətinə, xüsusən də Pauerin səfərinə toxunaraq, ABŞ tərəfinin emosional fon yaratmaqda çox səmərəli işlədiyini vurğulayıb.

“Bu, sadəcə hislərdir, ona görə də USAID-in rəhbərinin Qarabağdan Ermənistana köç etmiş şəxslər ilə çörək bişirməsini bu kontekstdə nəzərdən keçirirəm. ABŞ haqqında danışarkən onu da xatırlamaq lazımdır ki, ermənilərin Qarabağdan köç etməsindən sonra Azərbaycana ən kiçik sanksiya belə tətbiq olunmayıb”, - deyə Xalatyan qeyd edib.

O bildirib ki, Ermənistan müxtəlif güc mərkəzləri ilə münasibətlərini inkişaf etdirməlidir, lakin bu əlaqələr, məsələn, Ermənistanın müttəfiqi ilə münasibətlər hesabına olmamalıdır.

Xalatyan əlavə edib ki, Moskva Ermənistanın KTMT-dən çıxması məsələsini qaldırmır, qaldırsa, bütün ölkələr lehinə səs verəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin