“Past”: Ermənistan cəmiyyəti açıq şəkildə Paşinyanın planına yox deyir

2024/07/1720683385.jpg
Oxunub: 553     17:05     11 İyul 2024    
“Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan ofisi növbəti sorğunun nəticələrini dərc edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, digər göstəricilər arasında Ermənistan konstitusiyasına düzəlişlə bağlı məlumatlar maraqlıdır.

“Xüsusilə, iyulda sorğuda iştirak edənlərin 80,3 faizi Ermənistanın konstitusiyasının dəyişməz qalmalı olduğunu, 11,7 faizi bəzi müddəaların dəyişdirilməli olduğunu düşünür və yalnız 3,3 faiz ölkənin tamamilə yeni konstitusiyaya ehtiyacı olduğu qənaətindədir. Yeri gəlmişkən, maraqlıdır ki, yanvarda respondentlərin yalnız 38,1 faizi Ermənistanın konstitusiyasının dəyişməz qalmasına, 34,2 faizi bəzi müddəaların dəyişdirilməsinə, 13,4 faizi isə ölkənin tamamilə yeni konstitusiyaya ehtiyacı olmasına inanıb. Bu barədə “Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan bildirib. Yəni, ictimaiyyət Paşinyanın planı ilə bağlı mövqeyini çox açıq şəkildə ifadə edir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin