“Hraparak”: Keşişin rəhbərlik etdiyi hərəkat fəal daxili yenidənqurmadan keçib

2024/07/timth-1720683293.jpg
Oxunub: 495     16:47     11 İyul 2024    
Keşişin rəhbərlik etdiyi hərəkat fəal daxili yenidənqurmadan keçib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, hərəkata rəhbərlik edən şəxslər prosesə bütün istiqamətlərdə nəzarət edəcək müxtəlif strukturların, şuraların formalaşdırılması məsələsini müzakirə edirlər.

“Bu yaxınlarda yaradılmış, məsul şəxsin Karen Bekaryan olduğu əlaqələndirmə şurası yaxın vaxtlarda kiçik qrupların fəaliyyətini tənzimləyəcək digər məsul şəxsləri seçəcək. Məsələn, kimlərsə mübarizənin “sözçüləri”nin fəaliyyətini əlaqələndirəcək və təhlil üçün koordinasiya şurasına hesabat verəcək. Digəri isə gənclər qruplarının maarifləndirmə fəaliyyətini tənzimləyəcək və s. Baqrat Srbazan həm də hərəkata dəstək verən siyasi qüvvələrin nümayəndələrinin daxil ediləcəyi və öz məsləhətləri ilə hərəkatın fəallığına dəstək verəcəyi siyasi şura, məşvərət orqanı yaratmaq niyyətindədir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Keşiş  


Bizi "telegram"da izləyin