Ermənistanın KTMT-yə üzvlüyünü dəstəkləyənlərin sayı azalıb, NATO-ya üzvlüyün tərəfdarlarının sayı artıb - SORĞU

2024/07/1720683193.jpg
Oxunub: 557     16:09     11 İyul 2024    
“Fevralda keçirilmiş əvvəlki sorğunun məlumatları ilə müqayisədə Ermənistanın KTMT-yə üzvlüyünü dəstəkləyənlərin sayı 10 faiz azalıb, NATO-ya üzvlüyün tərəfdarlarının sayı isə 7 faiz artıb”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı “Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan deyib.

Onun sözlərinə görə, iyulda respondentlərin 44,3 faizi Ermənistanın neytral ölkə olmalı, KTMT və ya NATO-ya üzv olmamalı olduğunu, 16,9 faizi KTMT-yə üzvlüyünü davam etdirməli, 29 faizi isə Ermənistanın NATO-ya üzv olmaq üçün səy göstərməli olduğunu düşünür.

Navasardyan qeyd edib ki, respondentlərin 15,2 faizi Ermənistanın birmənalı şəkildə düzgün istiqamətdə, 10,6 faizi daha çox düzgün istiqamətdə, 23,1 faizi daha çox yanlış istiqamətdə, 28,5 faizi isə birmənalı olaraq yanlış istiqamətdə getdiyini düşünür.

“Respondentlərin 22,5 faizi cavab verməkdə çətinlik çəkib”, - deyə o bildirib.

Qeyd edək ki, sorğu iyulun 3-6-da telefon vasitəsilə 1100 respondent arasında keçirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT   NATO  


Bizi "telegram"da izləyin