“Gallup”: Əgər gələn bazar günü Ermənistanda seçki keçirilsəydi, respondentlərin 14,4 faizi hakim partiyaya səs verərdi

2024/07/1720683117.jpg
Oxunub: 690     15:43     11 İyul 2024    
“Əgər gələn bazar günü seçki keçirilsəydi, respondentlərin 14,4 faizi hakim “Vətəndaş Müqaviləsi” partiyasına, 3,7 faizi “Hayastan” blokuna, 3,5 faizi DOK partiyasına, 2,3 faizi “Şərəfim Var” partiyasına, 1,5 faiz isə “Vətən naminə Tavus” hərəkatının lideri Baqrat Qalstanyana səs verərdi”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı “Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan deyib.

O qeyd edib ki, respondentlərin 8,6 faizi heç kimə səs verməyəcək, 7,1 faizi cavab verməkdən imtina edib, 22,5 faizi isə cavab verməkdə çətinlik çəkib.

“32,5 faiz seçkilərdə iştirakdan imtina edərdi. Belə çıxır ki, respondentlərin 40 faizindən çoxu seçkilərdə iştirak etməzdi”, - deyə Navasardyan vurğulayıb.

Qeyd edək ki, sorğu iyulun 3-6-da 1100 respondent arasında telefon vasitəsilə aparılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin