Respondentlərin 54,8 faizi Ermənistan Baş nazirinin işini mənfi qiymətləndirib - “Gallup”

2024/07/1720683043.jpg
Oxunub: 614     14:35     11 İyul 2024    
“Respondentlərin 54,8 faizi Ermənistan Baş nazirinin işini mənfi qiymətləndirib”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı “Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan deyib.

O qeyd edib ki, Ermənistan Baş nazirinin işini may ayındakı 9,1 faizlə müqayisədə 13,4 faiz tamamilə müsbət, may ayındakı 18,7 faizlə müqayisədə 21,7 faiz daha çox müsbət, may ayındakı 18,6 faizlə müqayisədə 14,5 faiz daha çox mənfi, may ayındakı 41,1 faizlə müqayisədə 40,3 faiz tamamilə mənfi qiymətləndirib.

“10,1 faiz bu suala cavab verməkdə çətinlik çəkib”, - deyə Navasardyan bildirib.

“Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin direktoru vurğulayıb ki, respondentlərin 16,7 faizi Ermənistan hökuməti tərəfindən həyata keçirilən sərhədin demarkasiyasına tamamilə müsbət, 21,2 faiz daha çox müsbət, 17,5 faiz daha çox mənfi, 39,4 faiz tamamilə mənfi yanaşır.

“5,2 faiz bu suala cavab verməkdə çətinlik çəkib”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gallup   Baş-nazir  


Bizi "telegram"da izləyin