Ermənilərin 21,5 faizi Qarabağın yenidən işğalına can atır - SORĞU

2018/12/15041-1545914415.jpg
Oxunub: 607     13:57     11 İyul 2024    
“Respondentlərin 33,3 faizi qeyd edib ki, Ermənistan Qarabağdan köç etmiş ermənilərin geri qayıtması üçün şərait yaratmalıdır”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı “Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan deyib.

Onun sözlərinə görə, 29,5 faiz hesab edir ki, Ermənistan gələcəkdə Qarabağ məsələsini yenidən gündəmə gətirmək üçün əlverişli məqamı gözləməlidir.

“21,5 faiz cavab verib ki, Qarabağda ermənilərin nəzarətini bərpa etməyə (işğal-red.) çalışmaq lazımdır. 10,2 faiz hesab edir ki, növbəti problem yaşanmaması üçün Qarabağ səhifəsini çevirmək lazımdır. 4,6 faiz bu suala cavab verməkdə çətinlik çəkib”, - deyə Navasardyan qeyd edib.

Qeyd edək ki, sorğu iyulun 3-6-da 1100 respondent arasında telefon vasitəsilə aparılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin