Respondentlərin 80,3 faizi Ermənistanın konstitusiyasına dəyişikliklərin əleyhinədir - “Gallup”

2024/07/dsfsd-1720682816.jpg
Oxunub: 471     13:25     11 İyul 2024    
“İyulda sorğuda iştirak edənlərin 80,3 faizi Ermənistanın konstitusiyasının dəyişməz qalmalı olduğunu, 11,7 faizi bəzi müddəaların dəyişdirilməli olduğunu, 3,3 faizi isə ölkənin tamamilə yeni konstitusiyaya ehtiyacı olduğunu düşünür”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı “Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan deyib.

O qeyd edib ki, bundan əvvəl, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbinə qədər rəqəmlər fərqli idi.

“Xüsusilə, yanvarda respondentlərin yalnız 38,1 faizi Ermənistanın konstitusiyasının dəyişməz qalmasına, 34,2 faizi bəzi müddəaların dəyişdirilməsinə, 13,4 faizi isə ölkənin tamamilə yeni konstitusiyaya ehtiyacı olmasına inanıb”, - deyə Navasardyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Konstitusiya  


Bizi "telegram"da izləyin