Ermənistanda hərbi hissəyə hücum edilib, həbs olunanlar var

2024/07/1720682517.jpg
Oxunub: 409     11:09     11 İyul 2024    
Ermənistanda mülki şəxslər hərbi hissəyə hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, insident Müdafiə Nazirliyinin Sisiandakı hərbi hissələrindən birində baş verib. Keçid məntəqəsinin qapısında vətəndaşlar iki hərbçi ilə münaqişəyə girərək onları vurub və qaz tapançasından havaya atəş açıblar.

İstintaq Komitəsi üç nəfərin həbs edildiyini açıqlayıb.

Qeyd olunub ki, üç yerli sakin Ermənistan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunaraq həbs edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-hissə   Hücum  


Bizi "telegram"da izləyin