Mirzoyan belçikalı həmkarı ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib

2024/07/1720682156.jpg
Oxunub: 335     11:00     11 İyul 2024    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Belçikanın xarici işlər naziri Hadija Labibə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın XİN başçısı "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Görüş onun NATO sammitində iştirak etmək üçün Vaşinqtona səfəri çərçivəsində baş tutub.

“Ermənistan-Belçika əlaqələrinin və Avropa İttifaqı ilə tərəfdaşlığın daha da möhkəmləndirilməsi yolları ilə bağlı maraqlı söhbət olub. Biz əldə etdiklərimizi yüksək qiymətləndiririk və daha çox şey üçün çalışırıq. Ermənistan və Azərbaycan arasında regional məsələlər və normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb”, - paylaşımda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin