Tunis Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

2024/07/1720681305.jpg
Oxunub: 372     10:59     11 İyul 2024    
Tunis Respublikasının Prezidenti Kays Sayid Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasında, eyni zamanda, Tunisdəki səfiri Tural Rzayevin etimadnaməsini qəbul edib.

Ordu.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Tunis Prezidentinə çatdıran səfir iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Diplomat Azərbaycan tərəfinin Tunis Prezidentinin noyabr ayında Bakıda keçiriləcək COP-29 iqlim konfransında iştirakını səbirsizliklə gözlədiyini vurğulayıb.

Prezident Kays Sayid səmimi salamlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib, onun da salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırmağı xahiş edib. O, COP29-da iştirak etmək üçün dəvəti məmnuniyyətlə qəbul etdiyini vurğulayıb, bu mötəbər tədbirin keçirilməsində Azərbaycana uğurlar arzu edib.

Tunis Prezidenti Azərbaycan səfiri ilə söhbətində ölkələrimiz arasında siyasi, iqtisadi, humanıtar əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıb. O, diplomatımıza yeni vəzifəsində uğurlar diləyib.

Daha sonra səfir T.Rzayev onun şərəfinə düzülən fəxri qarovul dəstəsinin önündən keçib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tunis   Azərbaycan  


Bizi "telegram"da izləyin