Astanada TDT-nin Kosmik Agentliklər İşçi Qrupunun beşinci iclası keçirilib

2024/07/1720680986.jpg
Oxunub: 350     10:37     11 İyul 2024    
Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) Kosmik Agentlikləri İşçi Qrupunun beşinci iclası keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə təşkilatdan bildirilib.

İclasda müvafiq qurumların ekspertləri iştirak ediblər. Onlar TDT çərçivəsində ortaq kub peykin layihəsinin detallarını müzakirə ediblər. İştirakçılar layihənin texniki detalları ilə bağlı fikir mübadiləsi aparıblar. Həmçinin, məsələ ilə bağlı ortaq “yol xəritəsi"nin hazırlanması barədə razılıq əldə olunub.

Toplantı çərçivəsində üzv və müşahidəçi dövlətlərdən olan ekspertlər Qazaxıstanda kosmik sənaye sahəsində həyata keçirilən işlərlə də tanış olublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Astana   TDT   Kosmik-Agentlik  


Bizi "telegram"da izləyin