Ermənistanda separatçılar MTX sıralarına daxil ola bilər

2024/07/1720680860.jpg
Oxunub: 510     14:01     11 İyul 2024    
“Qarabağın milli təhlükəsizlik xidməti”nin (ləğv edilmiş qondarma qurum-red.) “keçmiş əməkdaşları” Ermənistanın müvafiq strukturunda işə götürülə bilərlər”.

Ordu.az xəbər verir ki, Ermənistan parlamentində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktor müavini Andranik Simonyan deyib.

Təqdim edilən layihə ilə ləğv edilmiş qondarma qurumun “əməkdaşları”nın Ermənistan MTX-də müvafiq vəzifələrə təyin edilməsi üçün hüquqi bazanın yaradılması təklif edilir.

“Səlahiyyətli dövlət orqanında vakant vəzifə yarandıqda, 2023-cü il sentyabrın 19-na qədər “Qarabağ milli təhlükəsizlik xidməti”ndə vəzifə tutmuş şəxslərə xidmətini davam etdirmək üçün əsas verilməlidir”, - deyə Simonyan qeyd edib.

Bildirilir ki, vəzifə təyin edilərkən “Qarabağdakı iş stajı, tutulan vəzifə, habelə rütbələr” nəzərə alınacaq.

“Qanunun qüvvəsi 2023-cü il sentyabrın 19-dan “Qarabağ milli təhlükəsizlik xidməti”ndə vəzifə tutmuş və 2025-ci il iyulun 1-dək vəzifəsini davam etdirmək üçün səlahiyyətli orqana təyin edilmiş şəxslərə şamil ediləcək”, - deyə idarənin nümayəndəsi vurğulayıb.

Başqa sözlə, tətbiq edilən əlavə 2025-ci il iyulun 1-dək müvəqqəti olacaq və bundan sonra fəaliyyətini dayandıracaq. Lakin bu imkandan yalnız Ermənistan vətəndaşlığını qəbul etmiş şəxslər istifadə edə biləcəklər.

Bəzi müzakirələrdən sonra qanunvericilik təşəbbüsü Ermənistan parlamentinin daimi komitəsindən müsbət rəy alıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin