Erməni politoloq: “Regionla bağlı qarşıdurma olacaq, burada yekun sərhədlər çəkilməyib”

2022/05/1652869416.jpg
Oxunub: 725     15:12     11 İyul 2024    
“Strateji baxımdan prezident seçkilərindən sonra İranın siyasəti dəyişməyəcək”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan deyib.

Onun sözlərinə görə, işləyən strategiyanı dəyişməyin mənası yoxdur.

“Regionla bağlı qarşıdurma olacaq, burada yekun sərhədlər çəkilməyib və bununla bağlı mənzərə hələ də aydınlaşmayıb. Bu baxımdan İran və digər güclər öz sözünü demək istəyəcəklər”, - deyə Kiviryan qeyd edib.

Kiviryan bildirib ki, iranlılar öz rəqiblərinin regionda mövcudluğuna qarşı mübarizəni davam etdirəcəklər.

O əlavə edib ki, İranda prezident seçkilərinin nəticələri Ermənistanla bağlı qlobal dəyişikliklərə səbəb olmayacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin