Erməni politoloq: “Tehran İrəvanı bu siyasəti davam etdirməməyə çağırır, lakin Ermənistan hakimiyyəti bunu anlamır”

2024/07/1720680651.jpg
Oxunub: 364     12:59     11 İyul 2024    
“Konkret xarici siyasi vəziyyətdən yararlana bilmək üçün Ermənistan siyasi subyektə çevrilməlidir, lakin ölkə hazırda müvafiq bacarıqları olmayan hakimiyyətin rəhbərliyi altındadır”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan deyib.

Onun sözlərinə görə, üstəlik, hakimiyyət Ermənistanı alver obyektinə çevirib.

“Onlar İranın ABŞ-nin regionda fəallaşmaq cəhdlərindən narazılığına məhəl qoymurlar. Xarici qüvvələrin bura gətirilməsi öz düşmənlərini İran sərhədlərinə çatdırmaq deməkdir. Tehran bundan danışır və İrəvanı bu siyasəti davam etdirməməyə çağırır, lakin Ermənistan hakimiyyəti bunu anlamır və eyni siyasəti davam etdirir”, - deyə Kiviryan qeyd edib.

Kiviryan bildirib ki, Ermənistan səlahiyyətliləri hakimiyyətə gəlmələrinə kömək edən qüvvələrin göstərişlərinə əməl edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   İrəvan  


Bizi "telegram"da izləyin