KİV: Türkiyə Ermənistan və Gürcüstan üçün nəzərdə tutulan yüklərin öz səması ilə daşınmasına qadağa qoyub

2024/07/1720680549.jpg
Oxunub: 970     12:38     11 İyul 2024    
“Türkiyənin aviasiya səlahiyyətliləri Ermənistana aid uçuşlara və təyyarələrin sərbəst hərəkətinə maneçilik törətməkdə davam edirlər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq” nəşri yazıb.

Nəşr iddia edib ki, guya bundan əvvəl də bir neçə dəfə Türkiyənin yaratdığı “süni maneələr”ə toxunub.

“Xüsusilə, 2020-ci il sentyabrın 9-dan etibarən Türkiyə Ermənistan qeydiyyatlı (Ermənistan EK milli nişanını daşıyan) təyyarələrin öz səmasında tranzit uçuşlarını qadağan edir, əvəzində həmin təyyarələrin öz ərazisinə enməsinə mane olmur. 2020-ci ilin iyulundan 2022-ci ilin martına qədər Ermənistan hökumətinin təyyarəsi də Türkiyənin hava məkanı ilə tranzit uçuşlar həyata keçirə bilməyib. Baş nazirə, prezidentə və digər yüksək vəzifəli məmurlara xidmət edən bu təyyarə üçün 2023-cü ilin may ayında, İrəvanda “Nemesis” əməliyyatı iştirakçılarının (terrorçuların-red.) abidəsi açıldıqdan sonra Türkiyə səması yenidən bağlanıb. Nəticədə Nikol Paşinyan Türkiyə səmasından yan keçərək, iki dəfə Avropaya uçub”, - deyə nəşr bildirib.

Müəllif əlavə edib ki, Türkiyə Ermənistan və Gürcüstan üçün nəzərdə tutulan yüklərin öz səması ilə daşınmasına qadağa qoyub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin