“Past”: Ərazilərin rəqibə verilməsi nə vaxtdan “tikinti işləri” adlandırılmağa başlayıb?

2024/07/IMG_0-1720680472.jpg
Oxunub: 389     12:12     11 İyul 2024    
Ötən gün Ermənistan Yol Departamenti tərəfindən ilk baxışdan günahsız görünən bir məlumat yayılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, məlumat bundan ibarət olub ki, tikinti işləri ilə əlaqədar H-58 milli avtomobil yolunun Günən kəndi ərazisindən keçən hissəsi iyulun 10-dan etibarən nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlanacaq.

“Açarkutdan yan keçmək tövsiyə olunur... Bu, təkrar edirik, ilk baxışdan günahsız, hətta sıravi məlumat kimi görünür. Halbuki qeyd edək ki, söhbət bu yaxınlarda Nikol Paşinyan və onun marionet hökumətinin Ermənistanın və ermənilərin rəqibi olan Azərbaycan türklərinə ərazisinin müəyyən hissəsini verdiyi sərhəd kəndindən gedir. Belə çıxır ki, Günən bir müddət avtomobil hərəkəti üçün “bağlanacaq”. Hansı işlərin görüldüyü və hansı məqsədlə bunun edildiyi hələlik məlum deyil. Amma istəsək də, istəməsək də belə bir sual yaranır ki, ərazilərin rəıqibə verilməsi nə vaxtdan “tikinti işləri” adlandırılmağa başlayıb? Qeyd edək ki, bir neçə gün əvvəl Paşinyan “alternativ yollar”ın tikintisinin gedişatını izləmək üçün Günənə və digər yaxın ərazilərə gedib. Yoxsa “tikinti işləri” deməklə, ümumilikdə bütün yolların bağlanmasını nəzərdə tuturlar? Yeri gəlmişkən, ötən gün məlum olub ki, bəzi telekommunikasiya operatorlarının internet və mobil rabitə kəsintisi də eyni “tikinti işləri” ilə bağlıdır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin