Ermənistan SQ Baş Qərargahının sabiq rəis müavini dindiriləcək

2024/07/miqay-1720680288.jpg
Oxunub: 373     11:33     11 İyul 2024    
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəis müavini Arakel Martikyana ləğv edilmiş qanunsuz “hərbi birləşmənin keçmiş komandanı” Mikayel Arzumanyanın işi üzrə dindirilmək üçün məhkəməyə gəlməsi ilə bağlı bildiriş göndərib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, yəni dindirilməli olan növbəti şahid Martikyandır.

“Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə keçmiş müdafiə naziri Seyran Ohanyan, “müdafiə ordusunun keçmiş komandanı” Cəlal Harutyunyan və keçmiş Baş Qərargah rəisi Onik Qasparyan da şahidlər kimi dəvət olunacaqlar. Korrupsiyaya qarşı mübarizə komitəsi əvvəlcədən təsdiq edilmiş şahidlərdən yalnız Arayik Harutyunyanı dindirməyəcək, çünki o, rəqib tərəfindən həbs edilib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   SQ   İstintaq  


Bizi "telegram"da izləyin